Haqqımızda

“Courier Service” Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ildən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş № 083713 saylı Lisenziyası əsasında sürətli poçt rabitə xidməti sahəsində fəaliyyət göstərir.

Şirkət respublika daxilində və xaricində bütün növ poçt daşıma xidmətlərini təşkil edir. “Courier Service” MMC tərəfindən bu gün 50-dən artıq hüquqi şəxsə xidmət göstərilir. Hazırda şirkət geniş xidmət şəbəkəsinə malik bir poçt operatorudur.

Müştərilərə hər zaman sürətli, keyfiyyətli və etibarlı xidmət göstərmək bizim ən əsas məqsədimizdir.